Kim Çen In müharibəyə hazırlaşır?

media-hightechnic-468x90

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin əməliyyat təlimləri üçün nəzərdə tutulan hərbi bazasına baş çəkib və təlim obyektlərinə baxış keçirib.

Ölkə başçısı hərbçilərə müharibə vəziyyətində döyüş hazırlığını sürətlə artırmaq üçün təlimləri gücləndirməyi tapşırıb. Onu Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil müşayiət edib.

“O (Kim Çen In – red.) xüsusilə vurğuladı ki, bütün səviyyələrdə bütün ordu hazırkı vəziyyətin tələblərinə uyğun olaraq müharibə hazırlığını sürətləndirmək üçün yeni inkişaf dövrünü aktiv şəkildə açmalıdır”, – deyə bəyanatda deyilib.
Mənbə: Kommersant

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600