Kirayə mənzil bazarında SON VƏZİYYƏT: “Yaxın aylarda qiymətlərdə....” – VİDEO
Hazırda Bakının kirayə mənzil bazarında qiymətlər stabil olsa da, avqustun sonu və sentyabrın əvvəllərində bahalaşma gözlənilir.
Bunu əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.
Ekspert kirayə mənzil bazarındakı hazırkı vəziyyəti şərh edib:
“Hazırda köhnə tikililərdə birotaqlı mənzillər 300, ikiotaqlılar 400, üçotaqlı mənzillər isə 500 manatdan başlayır. Yeni tikililərdə isə qiymət dəyişir və birotaqlı mənzillər 400, ikiotaqlılar 500, üçotaqlı mənzillər isə 600 manatdan təklif olunur. Avqust və sentyabr ayında bahalaşma müşahidə olunacaq”.
Ən bahalı kirayə evlər paytaxtın hansı məkanında təklif olunur?
Ətraflı videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov