“Kişi olsa idim, xanımıma telefon işlətməyə icazə verməzdim”
Xalq artisti Məleykə Əsədova köməkçilərindən şikayətlənib
“Düzünü desək” verilişinin qonağı olan aktrisa bunları deyib:
“Həyətdə işləməyə bağban, evə köməkçi tapmaq çətindir. Heç kim çətin, əziyyətli iş istəmir. Hamı rahat yolla qazanc əldə etmək arzulayır. Əsasən də, kişilər… Evə köməkçi götürürsən, oğurluq edir. Qadın ağlayır ki, pulum yoxdur, amma iki telefon işlədir.
Bütün günü sosial şəbəkədə olurlar. Mən bu qədər telefonla danışmıram. Kişi olsaydım, heç vaxt xanımıma telefon işlətməyə icazə verməzdim. Ev xanımısan, get uşağına bax. İki dəqiqədən bir Facebook-a, WhatsApp-a girirlər”.