Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:
1. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.
2. Cari məsələlər.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. V.Səfərli qeyd edib ki, oktyabrın 25-dən dekabrın 12-dək davam edəcək müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafatın verilməsi nəzərdə tutulub.
Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Camaləddin Quliyev, Bəhruz Quliyev, Ramiz Əskər, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin elanı bəzi redaktə xarakterli düzəliş və əlavələrlə səsə qoyularaq təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin
ELANI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir:
№ |
İstiqamətin adı |
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu | |
2. |
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
3. |
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması |
4. |
İctimai və dövlət maraqlarının müdafiəsi |
5. |
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinəçatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
6. |
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri vədigər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi |
7. |
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacıolan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması |
8. |
Azərbaycanın dövlətçilik tarixinin, milliadət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
9. |
Azərbaycançılıq ideyasının təbliği |
10. |
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
11. |
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi |
12. |
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
13. |
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi |
14. |
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
15. |
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
16. |
Ekologiya və ətraf mühitin mühafizəsi |
17. |
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi |
18. |
Elm və təhsilin inkişaf etdirilməsi |
19. | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
|
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətlərə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
QEYD: İnformasiya agentlikləri və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında çalışan jurnalistlər yazılarını Fondun müsabiqə kriteriyalarına cavab verən qəzetlərdə dərc etdirməlidirlər.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşən;
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”dan çıxarılan; (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış KİV-lər (6 ay müddətində)
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.
Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) – 1 nüsxə
2. Yazının elektron variantı (Arial (12) şriftində -CD diskdə) – 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə).
Tələb olunan sənədlər
1.Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4.Şəxsi VÖEN və surəti,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd).
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 25 oktyabr 2017-ci il tarixdə başlayır, 12 dekabr 2017-ci il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
QEYD: Regionlarda fəaliyyət göstərən jurnalistlər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.
Qiymətləndirmə meyarları:
– mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
– materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
– yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
– jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
– ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Hər istiqamət üzrə 6 qalib müəyyən edilir
I yer üçün bir nəfər (500 AZN)
II yer üçün iki nəfər (400 AZN)
III yer üçün üç nəfər (300 AZN)
Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
Yazının istiqaməti | |
Yazının adı | |
Müəllifin adı, soyadı, atasının adı | |
Mətbuatda təxəllüsü (əgər varsa) | |
İşlədiyi KİV | |
Vəzifəsi | |
Yazının dərc olunduğu mətbuat orqanı | |
Ünvanı və poçt indeksi | |
-iş telefonu | |
-ev telefonu | |
-mobil telefonu | |
-elektron poçt ünvanı |
Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________
M.Y.
Sənədlərin təqdim olunma tarixi: “____”__________ 2017-ci il
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları:(012) 537 19 45, (012) 537 19 41;
Elektron ünvan: [email protected]
www.kivdf.gov.az
www.yenicag.az