Klub maaşları ödəmədi, xalı silindi
İtaliya A Seriyası təmsilçisi “Parma” klubunun 1 xalı silinib. Buna komandanın futbolçuların maaşlarını və vergiləri vaxtında ödəməməsi səbəb olub. İtaliya Futbol Federasiyasından verilən açıqlamada “Parma” klubunun maaşları və vergiləri vaxtında ödəməməsi səbəbindən komandanın 1 xalı silinməklə yanaşı, 5 min avro pul cəzası da kəsilib. Klub prezidenti Tommaso Girardi və komandanın rəhbərlərindən olan Pietro Leonardinin 2 ay futboldan uzaqlaşdırıldığı bildirilir. Üstəlik həmin şəxslər 5 min avro cərimə ödəməli olacaqlar.
Qeyd edək ki, A Seriyasında keçirdiyi 14 oyunun ikisində qələbə qazanıb, 12-də məğlub olan “Parma” 6 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb. Lakin komandanın aktivindən 1 xal silindiyi üçün “Parma”nın hazırda 5 xalı var.
(olaylar.az)