Kluba 2000 manat cərimə kəsildi

media-hightechnic-468x90

87477Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Qəbələ” ilə səfər oyununda “Neftçi”nin 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması “ağ-qaralar”ın 1000 manat məbləğində cərimələnməsinə səbəb olub. Matçın 52-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün kluba əlavə 1000 manat cərimə kəsilib.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” qarşılaşması qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600