Kobaxidze: "Ölkə müxalifəti ilə heç bir danışıq aparılmayacaq"

media-hightechnic-468x90

“Gürcüstanda sabitliyi bərqərar etmək üçün müxalifətlə heç bir danışıq aparılmayacaq. Ölkədə etiraz aksiyası adı altında iğtişaşların yaranmasında bilavasitə müxalifət günahkardır”.

media-banner_tkm

Yenicga.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 2-də axşam saatlarında keçirdiyi mətbuat konfransında söyləyib. O, bununla da ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.

Qeyd edək ki, noyabrın 28-dən Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Etirazlara hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı səbəb olub./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05