Kolleclərə ixtisas seçimi başa çatdı

media-hightechnic-468x90

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 12 min 41, rus bölməsi üzrə 230 abituriyent olmaqla, cəmi 12 min 271 abituriyent ixtisas seçimi edib.

Qeyd edək ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılıblar.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600