Kölndə Xocalı yürüşü keçiriləcək
Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Almaniyanın Köln şəhərində yürüş keçiriləcək.
Alman Azərbaycan Mədəniyyət Evinin Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutacaq aksiyaya, həmvətənlərimiz, türkiyəli və Güney Azərbaycandan olan soydaşlarımız və Almaniyada yaşayan digər xalqların nümayəndələri qatılacaqlar.
Almaniyada Köln şəhərində keçiriləcək yürüş-mitinq Kölndəki Dom Kilsəsinin önündə start götürəcək. Fevralın 22-də baş tutacaq aksiyaya dəstək vermək məqsədilə Alman Azərbaycan Mədəniyyət Evi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib: “Yürüş-mitinqi keçirməkdə məqsəd Xocalıda baş verən cinayətə dünya birliyinin diqqətini cəlb etməkdir”.
Aksiya “Xocalıya Ədalət” və ya “Jusctice for Khodjaly” kampaniyası çərçivəsində keçiriləcək.