!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Komediya, yoxsa dram: Tamaşaçı hansı seriallara daha çox baxır?

!Reklam – Yazi

Bu gün teleməkanda təqdim olunan seriallar içərisində komik janrda ərsəyə gələn ekran işləri də var, digər janrda olan seriallar da…

Maraqlıdır, tamaşaçı marağını nəzərə alsaq, hansına tələbat daha çoxdur?

Yenicag.az-a açıqlama verən tanınmış rejissor Ramin Hacıyev hesab edir ki, serialın hansı janrda olmasının əhəmiyyəti yoxdur. Önəmli olan baxımlı olmasıdır:

“Tamaşaçıya nə təqdim olunacaqsa, ona da baxacaq. Burada janr önəm daşımır. Maraqlı komediya işi təqdim edəcəksənsə, onu izləyəcək. Eyni zamanda da bu fikri dram janrında çəkilən seriallara şamil etmək olar. Əgər maraqlı, baxımlı, izləyicini ekranlara kilidləyə bilən dram janrında seriallar ortaya qoyulacaqsa, o halda tamaşaçı ona baxacaq.

Mən, özümə gəlincə, komediya janrında seriallarla bərabər, dramatik janrda olan 40 bölümdən ibarət “Mən kiməm” adlı serial çəkmişəm. Serialın da baş qəhrəmanı “daun” sindromlu uşaqdır. Amma maraqla izlənib”.

Cəvahir

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv