Könülün paylaşımı fanatları arasında QARŞIDURMA YARATDI - FOTO

media-hightechnic-468x90

Müğənni Könül Kərimovanın paylaşımı fanatları arasında qarşıdurmaya səbəb olub.

Yenicag.az xəbər verir ki, sənətçi “İnstagram” hesabında Türkiyədə çəkilən fotosunu paylaşaraq istirahətdə olduğu vaxtlarda paylaşımlar etməkdən xoşlanmadığını yazıb:

“İstirahətdə olan zaman nəsə paylaşmağı heç sevmirəm. Yalan nə deyim, istirahətimi kimsə ilə bölüşmək istəmirəm. Çünkü mən həqiqətən istirahət edirəm. Sadəcə istədim ki, məndən nigaran qalmayasız”.

Onun bu paylaşımı sosial şəbəkə izləyiciləri tərəifndən birmənalı qarşılanmayıb. Könülün fanatları arasında söz atışması başlayıb. Bəziləri müğənniyə kobud, xoşagəlməz rəylər yazıblar. Onun xaricdə istirahət zamanı deyil, evinin balkonundan foto paylaşdığını, heç də ondan nigaran qalmadıqlarını və digər mənfi rəylər yazıblar. Müğənninin pərəstişkarları isə onların cavabını veriblər.

Fotonu təqdim edirik:

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600