Konyada baş verən hadisə ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

21adb09ff19b1d37a987cd9a94758620Təyyarə başqa təlimlə əlaqədar uçuş yerinə yetirirmiş.

Konyada qəzaya uğrayan hərbi təyyarə Türkiyə-Azərbaycan müştərək təliminin iştirakçısı olmayıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlama verilib.

“Qəzaya məruz qalan təyyarəmiz Azərbaycanla Türkiyə arasında həyata keçirilən müştərək təlimə görə yox, başqa bir təlim uçuşu ilə əlaqədar olaraq bölgədə vəzifəsini yerinə yetirirdi”, – deyə Baş Qərargahın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən APA-nın Türkiyə bürosu tərəfindən göndərilmiş sorğuya verilən cavabda bildirilir.

Qeyd edək ki, Türkiyə Hərbi Hava qüvvələrinin bu gün Əskişəhərdən havaya qalxan təyyarəsi Konya yaxınlığında qəzaya uğrayıb, nəticədə 2 pilot şəhid olub.

Hazırda Konyada Türkiyə və Azərbaycan Hərbi-Hava Qüvvələrinin müştərək “TurAz Şahini 2015” təlimi də keçirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600