Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Körfəzdə "ikinci pərdə": Fakt mübahisəsi başladı

Körfəzdə başlayan Qətər böhranında tərəflər bir-birini günahlandırmağa davam edir. Belə ki, indi də “fakt” mübahisəsi ortaya atılıb.

Rəsmi Dohanın cinayətləri ilə bağlı iddialar səsləndirən Riyad ittifaqı (Səudiyyə Ərəbistanının liderlik etdiyi embarqoya qoşulan ölkələr) faktların açıqlanması üçün işlərin davam etdiyini bildirib.

Qətər xarici işlər naziri Şeyx Məhəmməd Əl Sani isə ölkəsinə qarşı tətbiq edilən təcridedici siyasətin əsassız iddialar üzərində qurulduğunu və bu ölkələrin heç bir tələbinin olmadığını söyləyib.

Böhranda vasitəçilik missiyasını öz üzərinə götürən Küveyt əmiri Sabahın vəziyyəti aydınlaşdırmaq üçün böyük bir əmək sərf etdiyini deyən Əl Sani qeyd edib:

“İndiyə qədər Küveytə nə tələb, nə də günahlandırma siyahısı təqdim edilməyib. Bu ölkələrin nümayəndələrinin açıqlamaları bizi təəccübləndirir. Bir tərəfdən deyirlər ki, bu, ümumilikdə Körfəz problemidir, Küveytə tələblərimizi çatdıracağıq; gah da deyirlər ki, tələblərimizi ABŞ-a söyləcəyik, Qətər bu tələbləri yerinə yetirmək üçün indidən hazırlıqlara başlasın. Təəssüf ki, biz hələ də tələblərin nədən ibarət olduğunu bilmirik. Əslində, bütün bunlar problemlərin əsilsiz iddialar üzərində yarandığını, dəqiq bir tələblərinin olmadığını və Qətər əleyhinə atdıqları addımın arxasında nə qədər zəif təməlin olduğunu göstərir”.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr şikayət siyahısı üzərində çalışdıqlarını və bu siyahını Qətərə təslim edəcəklərini açıqlamışdı. Əl Sani isə bu açıqlamaya cavab olaraq deyib:

“Bu tələblərin nədən ibarət olduğu bəlli deyil. Bəs onda bu fikirayrılığı və tədbirlər nəyə görədir?”

Əl Sani həmçinin Qətərin terror təşkilatlarına 65 milyard dollar dəstək verməsi ilə əlaqədər iddialara da toxunub və bunların sadəcə, bir qurma olduğunu vurğulayıb. O, bildirib ki, beynəlxalq sistemdə bu qədər böyük məbləğin bir yerdən başqa yerə köçürülməsi mümkün deyil.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Makedoniyalı həmkarı ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edib. Nazir Körfəz ölkələrinin Qətərə tətbiq etdiyi embarqonu şərh edib:

“Qətərə qarşı iddialar və günahlandırmalar var. Qətər isə bu iddiaları qətiyyətlə rədd edir. Onda ən asan üsul nədir? Detalları, faktları, sübutları ortaya qoyun, oturaq birlikdə müzakirə edək. Danışıqlar, sülh yolu ilə, qarşılıqlı hörmət prinsipləri əsasında problemlər həll edilsin. Bu, tərəf tutmaq deyil, kim səhv edirsə, demək lazımdır.”

Çavuşoğlu həmçinin Ankaranın səylərini davam etdirəcəyini vurğulayıb.

Yenicag.az

www.yenicag.az

665
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100