Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Görmə problemindən əziyyət çəkənlərin əksəriyyətini yaşı 50 və daha yuxarı olanlar təşkil edir.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü ilə bağlı açıqladığı məlumatda bildirilir.
Hər il 13 noyabr tarixi Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur. 1745-ci il noyabrın 13-də anadan olan fransız pedaqoqu Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb.
Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamininin çatışmazlığı daxildir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi geniş yayılıb.
www.yenicag.az