BMT Baş katibi narahatdır
“BMT Baş katibi Antonio Quterreş bildirib ki, ABŞ-nin Venesuelaya qarşı əməliyyatı region üçün gərgin nəticələrə səbəb ola bilər”.
Yenicag.az xəbər verir ki, bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib.
Onun sözlərinə görə, baş katib son zamanlar baş verən gərginlikdən dərin narahatlıq keçirir.
Dujarrik qeyd edib ki, Venesueladakı hadisələr təhlükəli bir presedent yaradır./Oxu.az/












