"Koroğlu" metrosuna giriş BAĞLANDI – Tunellərdə sıxlıq yarandı

media-hightechnic-468x90

Hazırda “Koroğlu” metro stansiyasına giriş müvəqqəti olaraq bağlanıb.

Yenicag.az xəbər verir ki, nəticədə tunellərdə sərnişin sıxlığı müşahidə edilir.

Hazırda vəziyyətin tənzimlənməsi üçün tədbirlər görülür. Sərnişinlərə alternativ nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə edilir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, metropolitenin infrastrukturu ilə bağlı heç bir texniki problem olmayıb:

“Koroğlu” stansiyası infrastrukturu ilə bağlı texniki xarakterli problem yoxdur. Sərnişin sıxlığı müşahidə olunur. Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa