Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Koronavirus ən böyük zərbəni yaranmaqda olan siyasi dialoq mühitinə vurub” – Partiya sədri

Reklam: High Technic

“Bu virus iqtisadi, sosial, mədəni və digər sahələrlə yanaşı, siyasi gündəmi də kökündən dəyişib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirusun ölkənin siyasi gündəminə təsirini dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı bildirib.

Tural Abbaslının sözlərinə görə, hazırda dünyada olduğu kimi, Azərbaycanda da əsas mövzu koronavirusdur:

“Düşünürəm ki, Azərbaycan müxalifəti bu məsələdə özünü çox korrekt apardı. Ümumi dəyərlərə sadiq olduğunu, özlərinin korporativ və siyasi maraqlarını ümummilli mənafelərdən önə çəkmədi. Mitinq çağırışı olmadı, siyasi tədbirlərə, aksiyalara dəvət təklifi edilmədi. Amma əlbəttə ki, baş verənlərə münasibət bildiririk, hakimiyyətin tənqid olunası fəaliyyətini tənqid edirik. Çünki tənqid olmasa, inkişaf da olmaz”.

Partiya sədrinin fikrincə, koronavirus ən böyük zərbəni hakimiyyətin təşəbbüsü ilə başlanılmış siyasi dialoq mühitinə vurub:

“Koronavirus əsasən, keçirilməsinə zəmin hazırlanan iqtidar-müxalifət dialoqunu ləngitdi. İstənilən halda, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Novruz bayramında prezidentin adından ünvanladığı təbrik mesajı belə deməyə əsas verir ki, bu proses davam edəcək.

Aktivliyi nəzərə alsaq, deyə bilərək ki, koronavirus siyasi gündəmi xeyli passivləşdirib. Əslində isə siyasət hər zaman var, olub, olacaq. Unutmayaq ki, siyasət cəmiyyəti idarə etmək peşəsidir”.

Səxavət Məmməd

www.yenicag.az

688
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100