Koronavirus MM-də müzakirə ediləcək

media-hightechnic-468x90

Milli Məclis koronavirus infeksiyasına (COVİD-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı artıq parlamentə sənəd daxil olub.

Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq.

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla). Eyni zamanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb./Report/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa