Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, koronavirusun aşkarlandığı ölkələrdə COVID-19-dan ümumilikdə 371 mindən çox insan ölüb.
Məlumata əsasən dünyada son bir gündə 122 917 yoluxma qeydə alınıb, 4 mindən insan ölüb. Beləliklə, COVID-19-a yoluxma hallarının ümumi sayı 6 057 853 təşkil edir. Pandemiya ərzində ümumilikdə 371 166 nəfər təhlükəli virusdan ölüb.
Virusa yoluxmaların ən böyük sayı Şimali və Cənubi Amerikada aşkarlanıb. Bu qitədə 2 817 232 koronavirus xəstəsi qeydə alınıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
www.yenicag.az