Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı artıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, koronavirusdan son 24 saatda 242 nəfər ölüb. Əyalətdə yeni virusdan ölənlərin sayı 1310 nəfərə, yoluxanların sayı 48,2 min nəfərə yüksəlib.
Məlumata görə, şəhərdə 1 gün ərzində 14 min 840 insan epidemiyaya yoluxub. Ümumilikdə isə əyalətdə yeni virusdan ölənlərin sayı 1368 nəfərə çatıb, 48 206 nəfər isə virusun daşıyıcısıdır.
Daha 3441 nəfər virusdan sağalaraq evə buraxılıb.
Əyalətdə 9 mindən çox insan xəstəlik şübhəsi ilə karantindədir. Xəstəliyə yoluxanlarla ünsiyyətdə olmuş daha 77,3 min nəfər həkim nəzarəti altındadır.
Ümumilikdə xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 3,2 faizdən 2,7 faizə enib.
www.yenicag.az