!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus TƏLƏSİ: Ötən illə müqayisədə İZAHSIZ FƏRQ... - Vaksinasiya biabırlığına iqtisadçıdan REAKSİYA

!Reklam – Yazi

“Ötən ilin bu günündə vaksin vurulmadığı halda koronavirusdan 2 ölüm və 79 yeni yoluxma faktı qeydə alınmışdı. 10 avqust 2021-ci ildə isə 1736 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər isə vəfat edib”.

Yenicag.az xəbər verir ki, bunu koronavirusun yoluxma və ölüm statustikasını və vaksinasiyanın təsirini şərh edən iqtisadçı Natiq Cəfərli deyib.

O, bildirib ki, keçən ilin avqust ayında SMS-lə evdən çıxmaq da ləğv olunmuşdu.

“Ötən il bir çox yumşalmalara gedildiyi halda 2020-ci il avqustun 10-da cəmi 79 yeni yoluxma faktı qeydə alınmış, 2 nəfər vəfat etmişdi. Lakin ölkədə vaksin vurulan heç kim yox idi.

Bu gün isə, 10 avqust 2021-ci ildə 1736 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər isə vəfat edib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5478042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3200107, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2277935 təşkil edir”.

Natiq Cəfərli bu vəziyyətin izah edilməsini də tələb edib.

“Axı bunun izahı olmalıdır ya yox?! Yaxşı, deyirdilər ki, vaksin yoluxmanı yox, ağır xəstə və ölüm sayını azaldır. O zaman necə olur ki, 3 milyon 200 min nəfərə ən azı 1 doz vaksin vurulub, 2 milyon 300-nə yaxın isə hər iki vaksin alıb. Amma keçən ilin eyni günü ilə müqayisədə yoluxma sayı 22 dəfə, ölüm sayı isə 6 dəfə artıb?!

Bunu izah edən mütəxəssis, dövlət qurumu olmalıdır, insanların məntiqi ilə bu qədər oynamaq olmaz!

ÜST də deyir ki, indi də “Lyambda” ştammı gəlir – yaxşı, yunan əlifbasında hərf bitəndən sonra nə olacaq?!”, – deyə iqtisadçı vurğulayıb.

www.yenicag.az

1432
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv