Koronavirusdan sağalan əməkdar artist qurban kəsəcək

media-hightechnic-468x90

Koronavirusdan müalicə olunan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, aktyor, əməkdar artist Sərvər Əliyev xəstəxanadan evə buraxılıb.

Bu barədə Yenicag.az-a rejissor özü açıqlama verib.

O, səhhətinin yaxşı olduğunu bildirib:

“Şükür yaxşıyam, həkimlər deyir ki, bir də bu virusa yoluxmayacam. Bunun üçün özümü qorumalıyam. Təmiz havada çox olmalıyam, soyuq su, dondurma olmaz, zökəmdən özümü qorumalıyam”.

Əməkdar artist sağaldığı üçün ziyarətkahda qurban da kəsəcəyini bildirib.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600