!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusun fəsadları və yaratdığı XOF: "Pozğunluqların daha tez bərpa olunması üçün..."

!Reklam – Yazi

Koronavirusun əlamətləri içərisində ən arzuolunmazlardan biri baş-beyinin inteqrativ və koqnitiv funksiya pozğunluğudur. “COVID-19″u orta ağır, xüsusən ağır keçirərək süni tənəffüs aparatına qoşulmuş bütün yaş qrupundan olan şəxslərin xeyli hissəsi sağaldıqdan sonra beyinin sanki “dumanlanması“, yaddaş pozğunluğu, bəzən gündəlik təmasda olduğu şəxs və məkan adlarını xatırlamaması, diqqət çatışmazlığı, düşüncə, hətta nitq pozğunluğundan əziyyət çəkirlər.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev Yenicag.az-a açıqlamasında bildirib ki, bu pozğunluqlar bəzən xəstəlikdən sağaldıqdan 6 ay sonra da meydana çıxa bilir:

“Bəzi tədqiqatçılar bu pozğunluqların tam bərpa olunmasına şübhə ilə yanaşırlar. “COVID-19″un məlum klinik formasını keçirmiş hər üç şəxsdən birində yaddaş, düşüncə, təfəkkür və s. kimi pozğunluqlar müşahidə edilir. Bu, tamamilə normal bir haldır. Bunun səbəbi baş-beyin qabığının minestik, koqnitiv, nitq, görmə və duyğu mərkəzləri kimi oksigenə mütləq həssaslıq göstərən strukturlarının “Sitokin Fırtınası”nın nəticəsi kimi nisbi oksigen aclığına məruz qalmasıdır. “COVID-19″u ən ağır keçirmiş insanlarda belə heç vaxt geridönməz yaddaş, düşüncə, təfəkkür, nitq və sairə kimi baş-beyin pozğunluğu ola bilməz. Bu, mümkün deyil. Çünki bu pozğunluqlar xəstəlikdən sağaldıqdan 2 həftə sonra bərpa olunmağa başlayır. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, orta ağır hallarda 1-3 ay, ağır formalarda 3-6 ay, ən ağır formalarda isə 12-18 aydan sonra tamamilə bərpa olunur. Bu müvəqqəti pozğunluqların daha tez bərpa olunması üçün insan bədbin olmamalı, pozitivə yüklənməli və dinclik-gümrahlıq ritminin dinamik tarazlığının bərpasına çalışmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv