Koronavirusun ilk əlamətləri nədir?

media-hightechnic-468x90

Yaponiyanın NHK telekanalı yeni növ koronavirusun ilk simptomlarını açıqlayıb.

Yenicag.az-ın məlumatına görə, infeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Ancaq sonrakı mərhələdə bu, hərarətin artması və öskürəyə gətirib çıxarır.

Bununla bərabər, ilk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur.

Həkimlərin sözlərinə görə, yeni növ koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır./Qafqazinfo/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600