Koronavirusun mənşəyi olan şəhərdə vəziyyət yenidən gərginləşdi

media-hightechnic-468x90

Son 24 saat ərzində koronavirusa yoluxma hallarının yenidən aşkarlandığı Uhan şəhərinin Dusinhu rayonu orta təhlükə zonası kimi tanınıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə rayon administrasiyası məlumat yayıb.

Belə ki, 4 apreldə Uhan şəhərində koronavirusa yoluxma qeydə alınmayıb. 26 apreldə xəstəxananı sonuncu pasiyent sağalaraq tərk edib.

Lakin, Hubeydə ötən gün ( 9 may – Red) ərzində virusun 16 yeni simptomsuz daşıyıcısı aşkar olunub. Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 616 virus daşıyıcısı var. Onlar simptomsuz koronavirus xəstələridir. Dusinhu rayonunda isə 5 nəfərdə koronavirus aşkarlanıb.

Hubeydə bütün epidemiya ərzində 68 129 yoluxma (Uhanda 50 334 yoluxma) aşkar edilib, 63 616 insan sağalıb (Uhanda 46 464), 4 512 nəfər ölüb (Uhanda 3 869). Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05