Körpələr evindəki uşaqlar tibbi müayinədən keçirildi – FOTOLAR

“Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələr tibbi müayinədən keçirilib.

Yenicag.az xəbər verir ki, TƏBİB-in təşkilatçılığı ilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) həkim-pediatrları tərəfindən Ramanı qəsəbəsində yerləşən “Nur Uşaq Evi” kimsəsiz uşaqlar sığınacağında yaşayan körpələrin tibbi müayinəsi keçirilib.

Tibbi baxış zamanı əlavə müayinəyə ehtiyacı olan uşaqlar ETPİ-də geniş yoxlanışdan (rentgen, usm, qanın ümumi analizi və s.) keçirilmiş, eyni zamanda uşaq evinin rəhbərliyi tərəfindən bildirilən bütün zəruri ehtiyaclar qarşılanmışdır.