!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kosmik səyahətlər üçün yaşayış kapsulu - Yeni kəşf

!Reklam – Yazi

ABŞ-ın “Lockheed Martin” hərbi sənaye korporasiyası kosmik ekspedisiyalar üçün yaşayış kapsulu prototipini təqdim edib.

Yenicag.az ICTnews-a istinadən xəbər verir ki, “Lockheed Martin” kosmosda yaşayış şəraitinin yaradılması üçün ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən maliyyələşdirilən 6 şirkətdən biri olub. Texnologiyanın əsası üçün mühəndislər tərəfindən əvvəllər Beynəlxalq Kosmik Stansiyaya yüklərin daşınması üçün nəzərdə tutulan kosmik gəminin yenilənmiş modulu götürülüb. Eni 4,5 metr, uzunluğu 7 metr təşkil edin kapsulda 30-60 gün ərzində 4 astronavt qala biləcək. Həmçinin daxildə elmi avadanlıq, həyat təminatı sistemləri, yatmaq üçün yerlər, trenajorlar və robotlaşdırılmış iş qurğuları quraşdırılıb.

Tədqiqatçılar qrupu kapsulların daxili quruluşunu vizuallaşdırmağa kömək edən və planlaşdırma səhvlərini ilkin mərhələdə aşkarlayaraq aradan qaldırmağa imkan verən əlavə reallıq qarniturlarından istifadə edib.

Kapsulun hazır versiyası startı 2019-cu ilə nəzərdə tutulan Ay orbital platforma şlüzunun buraxılışı zamanı sınaqdan keçiriləcək.

COP29

www.yenicag.az

2658
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv