Kosmosdan gələn xəbər yaxşı deyil

media-hightechnic-468x90

76742Dünyadan 510 milyon kilometr uzaqdakı bir kometə enməyi bacaran cihazdan pis xəbər gəlib.

Məlumata görə, bir neçə gün öncə “67P / Çuryumov-Gerasimenko” adlı kometə enən cihaz yuxu rejiminə keçib. Buna səbəb isə “Philea” adlı cihazın günəş enerjisi qəbul edə bilməməsi olub.

Bir qayanın kölgəsində qaldığı üçün enerji qəbul edə bilməyən cihaz buna baxmayaraq Avropa Kosmos Agentliyinə foto və səs qeydləri göndərə bilir. Enerjisi tükənən cihaz son gücünü yığaraq Yer kürəsinə qayıdacaq.

“Philea”nın 2015-ci ilin sonuna qədər 4,5 milyard yaşındakı kometdə qalması hədəflənirdi. Ancaq enerji problemi səbəbiylə cihaz vaxtından əvvəl missiyasını yarımçıq başa vurub. Cihaz vasitəsilə kometlərin quruluşu ilə bağlı bir çox suala cavab tapılacağı gözlənilirdi.

“Philae”yi daşıyan “Rosetta” adlı qurğu kosmos vasitəsi Günəş sistemi içindəki milyonlarla kilometr davam edən 10 illik səfər edib. Bu ilin 6 avqust tarixində kometə çatmış cihaz yaxınlığındakı bir orbitə oturmuşdu. 1,3 milyard avroluq layihə 1993-ci ildə təsdiqlənib. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600