Kraliçanın uşaqlıq məktubu satışa çıxarılır: Qiyməti dodaq uçuqladır – FOTO

media-hightechnic-468x90

Böyük Britaniya kraliçası II Elizabetin uşaq yaşlarında öz əli ilə yazdığı nadir məktub hərraca çıxarılır. Fevralın 27-də baş tutacaq satışda məktubun minlərlə funt-sterlinqə alıcı tapacağı gözlənilir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Royal Lodge” iqamətgahının keçmiş baş xidmətçisi Beatris Stillmana ünvanlanan bu məktub kraliçanın 10-12 yaşlarında (1936-1940-cı illər) qələmə aldığı qeydlərdən biridir.

media-geri-sayim-basladi-binlerce-sterlin-degerinde-kralice-ii-elizabethin-cocukluk-mektubu-1771931_202602191503_20260219150345_2

Məktubun mətni balaca şahzadənin heyvanlara və təbiətə olan marağını üzə çıxarır. Belə ki, tək səhifəlik qeyddə Elizabet xidmətçidən bağdakı quşların və akvariumdakı balıqların vəziyyətini soruşur, topladığı çuha çiçəklərinin saray heyəti arasında paylanmasını xahiş edir. Məktubda həmçinin it, at və uşaq rəsmləri də yer alıb.

media-geri-sayim-basladi-binlerce-sterlin-degerinde-kralice-ii-elizabethin-cocukluk-mektubu-1771931_202602191503_20260219150345_1

Hərracı təşkil edən “Hansons Auctioneers”in nümayəndəsi Castin Mettyus məktubu yüksək qiymətləndirib: “Beynəlxalq hərrac dünyasında keçirdiyim 27 il ərzində bu qədər gözəl və səmimi bir əşya görməmişəm”.

Ekspertlərin fikrincə, fevralın 27-də keçiriləcək hərracda başlanğıc qiymətin 4 min funt-sterlinqə (təxminən 8500 manatdan çox) çatması gözlənilir.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05