Kremldən Bakıya DƏHŞƏTLİ SSENARİ – Moskvanın “yumşaq güc” planında NƏLƏR VAR?

media-hightechnic-468x90

“Bizim öz qırmızı çizgilərimiz var və bu çizgilərin aşılmaması vacibdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.

media-telmanin_musahibesinin_sekli

Politoloq Rusiyada post-sovet ölkələrinə qarşı yumşaq güc strategiyası işlətməklə bağlı yeni idarəçiliyin yaradılmasına etiraz edərək Rusiyanın hər zaman sərt güc mexanizmi ilə siyasət yürütdüyünü bildirib.

Onun sözlərinə görə, Rusiya tarixini dərindən incələdiyimiz zaman daha çox zorbalıq mədəniyyəti üzərində qurulmuş, sərt gücdən istifadə edən və bütün coğrafiyalarda işğal və müstəmləkə siyasəti ilə varlığını göstərən bir ölkənin olduğunu görürük:

“Dəyişən dünya artıq məcbur edir ki, Rusiya də yumşaq güc amillərindən istifadə etsin. Çünki hazırkı şəraitdə orduların təhlükəsizlik qurumlarının önəmi qədər yumşaq və ya diplomatik güc çox önəmlidir. Ölkələrin ictimai rəyini yönləndirmək, hakim olmaq və ya ölkə içərisində hücrələşmək kimi nöqtələrə, qərar alıcı mexanizmlərə insanları yerləşdirmək baxımından bu məsələ vacibdir. Ona görə də bütün bu dövlətlər bundan istifadə edir. Rusiya da artıq açıq şəkildə bu müstəvidə fəaliyyətini genişləndirmək barədə düşünür, müəyyən əlavə qərarlar qəbul edir. Bu da təbii ki, onun tərkib hissəsidir. Yəni Azərbaycana yönəlmiş olan yumşaq güc. Təbii ki, biz dövlət və millət olaraq bütün baxımlardan müstəmləkə paradiqmasını rədd edirik, çünki ölkəmizin milli müstəqilliyi, milli dövlətçiliyi çox önəmlidir. Odur ki, bütün məsələlərdən və bu tip yumşaq güc üzərindən təsir agenturasını yaratmağa çalışanların hər zaman qarşısındayıq”.

T. Nüsrətoğlu Azərbaycanın qırmızı cizgiləri olduğunu və bu cizgilərin aşılmaması gərəkdiyini xüsusi vurğulayıb:

“Biz Rusiya ilə coğrafi olaraq ortaq keçmişə sahib olan bir dövlət olaraq normal münasibətlərdən yanayıq. Ona görə ki Azərbaycanda yaşayan rusdilli əhali də var. Onlara da heç bir sovet məkanında olmadığı qədər tolerant yanaşma sərgiləmişik. Hər bir halda bizim öz qırmızı cizgilərimiz var, o cizgilərin aşılmaması çox önəmlidir. Azərbaycan müstəqilliyini hər zaman ön plana çıxaran, müstəqil siyasət yürüdən ölkədir. Keçmiş post-sovet məkanında bu qədər iqtisadi, mədəni, siyasi və hərbi bütün parametrlərdə müstəqil siyasət yeritmə imkan və potensialına sahib olan ikinci bir ölkə yoxdur”.

“Güclü ordusu, siyasəti, diplomatiyası olan ölkəyik və qardaş Türkiyə ilə də yaxın əməkdaşlığı davam etdiririk. Qısacası, bizə qarşı yumşaq və ya sərt güc üzərindən hansısa müstəmləkə meylləri olanlar bilməlidirlər ki, Azərbaycan buna heç vaxt dövlət və millət olaraq imkan verməz. Təbii ki, mürəkkəb, çoxfaktorlu bir dünyanın içindəyik. Daha hiyləgər, daha dərin hücrələnmələr, fəaliyyətlər ola bilər ki, bizim dövlətimizin qurumları bu məsələ ilə bağlı vaxtaşırı fəaliyyətini aparır, Azərbaycanın müstəqilliyi bu baxımdan çox prioritetdir”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa