Kremldən Yekaterinburq hadisələri ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

“Moskva Bakının Rusiya ərazisində tədbirləri ləğv etmək qərarından təəssüflənir”. 

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Yekaterinburq hadisələri hüquq-mühafizə orqanlarının işi ilə bağlıdır və Bakı tərəfindən demarşlara səbəb olmamalıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nümayişkaranə, məqsədli və mühakiməsiz şəkildə qətl və zorakılıq əməlləri həyata keçirilib və son dövrdə bu kimi hallar mütəmadi xarakter daşıyıb. Buna cavab olaraq, Azərbaycan parlament nümayəndə heyətinin Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirakını ləğv edilib./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600