“Telefonla tualetə girmək çılpaq əllə tualet oturacağına toxunmaq qədər zərərlidir”.
Yenicag.az xəbər verir ki, bunu telefonla tualetə girməyin təhlükələrindən danışan Prof. Dr. Vefik Arıca deyib.
O, bildirib ki, cib telefonları, demək olar, bədənimizin bir hissəsinə çevrilib:
“Son vaxtlar xüsusilə gənclər arasında tualetə cib telefonu ilə girmək adi hala çevrilib. Burada telefonla uzun müddət keçirirlər. Əslində isə telefonla ayaqyoluna girmək çılpaq əllə tualet oturacağına toxunmaq qədər zərərlidir. Çünki telefona eyni miqdarda bakteriya və parazit keçir.
Bakteriya və parazitlərlə çirklənmiş telefon müxtəlif xəstəliklərə səbəb ola bilər. Əllərimizi sabunla yusaq belə, həmin parazitlər telefonda daşınır. Xüsusən də kiçik uşaqlarımız varsa, daha diqqətli olmaq lazımdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az