Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

media-hightechnic-468x90

Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

media-banner_tkm

Xidmətdən Yenicag.az-a verilən xəbərə görə, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05