Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub

media-hightechnic-468x90

Kürdəmirdə sərnişin daşıyan mikroavtobus xırdabuynuzlu heyvan sürüsünə çırpılıb.

media-banner_tkm

Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan qoyun sürüsünü vurub. Hadisə nəticəsində 18 baş qoyundan 10-u tələf olub.

Təsərrüfat sahibi Şahlar Quliyevin sözlərinə görə, ona ümumilikdə 8 min manata yaxın maddi ziyan dəyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05