Kürdəmirin başçısı Eldar Mahmudovun təhdidi qarşısında aciz durumda qalıb və işin içindən çıxmaq üçün hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalova minnətçi düşüb
Ceyhun Cəfərov bununla da yetinməyib və haqqında olan iddiaları yalanlamaq üçün qalmaqqallı şəxs olaraq tanınan sayt rəhbərindən onun haqqında yayılan xəbərləri təkzib etməyi xahiş edib.
Qeyd edək ki, dünən Anaxeber.az saytı kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun sabiq MTN şefinin qəzəbinə tuş olması və bu üzdən də Eldar Mahmudovun şantajı ilə üz-üzə qalması barədə məlumat yaymışdı. Həmin məlumatda göstərilirdi ki, uzun illər boyu yaxın qohumu, hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov vasitəsi ilə “MTN çetesi” ilə əlbir çalışan Ceyhun Cəfərov indi keçmişinin güdazına gedir. Çünki Eldar Mahmudov daha iri çaplı məmurlara öz mesajını çatdırmaq üçün məhz bir zamanlar onlarla eyni süfrədə oturan və Eldar Mahmudova ilk arxa çevirən Kürdəmirin icra başçısını ilk qurbanı olaraq seçib.
Xatırladaq ki, elə dünən MTN-nin keçmiş əməkdaşı, politoloq Ərəstun Oruclu Eldar Mahmudovun əlində 2800-dən artıq video diskinin olduğunu və bu videolarda bir çox məmurların, onların ailə üzvlərinin haqqında komramatlar saxlanıldığını açıqladı.
Ceyhun Cəfərov Eldar Mahmudovda onun haqqında ciddi kompramatların olması ilə bağlı çoxdan informasiyaya sahibdir. Son bir neçə həftə ərzində isə icra başçısına bəzi kanallardan həmin kompramatların üzə çıxa biləcəyi ilə bağlı məlumatlar daxil olub. Elə bu məlumatlardan sonra da, Ceyhun Cəfərov həbs olunuduqdan sonra unutduğu Vidadi Zeynalovu xatırlayıb və həbsxanada olan qohumundan ona yardımçı olmağı xahiş edib və Eldar Mahmudovun ona qarşı kompramatları yaymaması üçün öz kanalları ilə sabiq MTN şefindən xahiş etməyi istəyib. Mənbə bildirir ki, Vidadi Zeynalov Ceyhun Cəfərovdan bəzi tələbləri olub və yalnız o halda öz kanalları ilə Eldar Mahmudova minnətçi ola biləcəyini bildirib.
Mövzu diqqətimizdədir. Bizi izləyin…
www.yenicag.az