Kürdlər İŞİD-ə ilk hücumunu edib

media-hightechnic-468x90

75649İraqdan gəlmiş kürd peşmərgə gücləri Kobaniyə girdikdən sonra İŞİD mövqelərinə “Katyuşa” mərmiləri ilə atəş açıblar.

İŞİD bu atəşə cavab verməyib.

İki gün Türkiyənin Urfa vilayətinin Suruç bölgəsində gözlədikdən sonra Kobaniyə girən İraq peşmərgələri şəhərin qərbindəki bir binanı özlərinə qərargah kimi seçiblər. Peşmərgə cəbhədəki səssizliyi axşam saat 17.00 radələrində pozub və İŞİD mövqelərinə altı Katyuşa mərmisi atıb.

Peşmərgələr İraq Kürdüstanının regional rəhbərliyi tərəfindən Kobanini İŞİD-dən müdafiəsi üçün göndərilib. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600