Kütləvi yerlərdə çəkilən fotoşəkillərin İCAZƏSİZ PAYLAŞIMI: “Hüquqi məsuliyyət o halda yaranır ki…”

“Qadağan edilmiş məzmunlu materialların paylaşılması hüquqi məsuliyyət yaradan kateqoriyaya aiddir”.

Bu fikirləri insanların çox olduğu ictimai yerlərdə çəkilən fotoşəkillərin müxtəlif platformalarda paylaşılmasının yaratdığı hüquqi məsuliyyəti izah edən vəkil Adəm Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan şəraitdə şəkil çəkərək paylaşmaq müəllif üçün hüquqi məsuliyyət yaratmır:

“Ümumiyyətlə, mövcud qanunverilicilikdə kiminsə şəxsi həyatının ictimailəşdirilməsi, kiminsə şəklinin icazə olmadan yayımlanması, o cümlədən, pornoqrafik və digər məzmunlu materialların paylaşılması hüquqi məsuliyyət yaradan kateqoriyaya aiddir.

Belə hallar yaşanmadıqda isə nəzərdə tutduğunuz təsvirləri çəkib paylaşan şəxslər heç bir hüquqi məsuliyyət daşımırlar. Çünki orada qadağan olunan məzmun və ya şəxsi həyata müdaxilə faktı yoxdur”.

Nəsimi Ələsgərli

COP29