Kuveytdən dəyişən “İxvan” QƏRARI: Suveydanın vətəndaşlığının simvolik mənası nədir?

media-hightechnic-468x90

Küveytdə aidiyyəti qurumlar məşhur «İxvan» (Müsəlman Qardaşları) lideri Tarıq Suveyidanın və onun vasitəsilə vətəndaşlıq alan şəxslərin Küveyt vətəndaşlığının ləğv edildiyini açıqlayıblar.

Bu qərarın hüquqi və ya siyasi detalları bir yana, Küveyt qərarının daşıdığı simvolik məna nəzərdən qaçırılmamalıdır. Bu, «İxvan» ilə Küveyt hakimiyyəti arasındakı tarixi münasibətin kəsilməsi anlamı daşıyır.

Yenicag.az xəbər verir ki, Tarıq Suveyidan Küveytdə və körfəzdə «İxvan»ın ən məşhur simalarından biri olaraq, bu təşkilata mənsubiyyətini açıq şəkildə ifadə edən və bununla fəxr edən şəxslərdəndir.

O, illərdən bəri Körfəz ölkələrində  o cümlədən Küveyt, Səudiyyə Ərəbistanı və digərlərində tədbirlər, forumlar, proqramlar, media və universitetlərin ulduzu olub.

O, sosial mediadan əvvəlki dövrdə «İxvan»ın “dəvət biznesi”nin qurucularından biri idi. Lakin «Ərəb baharı» ilə birlikdə o da sərt üzünü göstərdi. Beləki Sudanla bağlı məşhur audio yazılarında Səudiyyəyə və Körfəz ölkələrinə qarşı sərt çıxışları “əl-Ərəbiyyə” kanalı tərəfindən yayımlandı.

Qısacası, Suveydanın on il öncə dedikləri bu gün Kuveytdə diqqətə alınır və Trampla bərabər Körfəzin də “ixvan”a baxışı dəyişir.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa