!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Laçın-Xankəndi yolunda ekofəalların dinc aksiyası göstərdi ki..." - ŞƏRH

!Reklam – Yazi

“Xankəndidəki separatçı rejim həyasızlıqlarını davam etdirməkdə qərarlı olacaqsa, adekvat addımlarıa qarşılaşacaq”.

Bunu Arayik Arutyunyanın David Babayana vəzifə verməsinə münasibət bildirən politoloq Rafail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Qarabağ məsələsi bitdiyi kimi separatçı rejim də bitəcək:

“Məsələnin həllinin sonunu Xankəndidə yaşayanlar özləri seçəcəklər. Azərbaycan vətəndaşı olaraq, Azərbaycanın qanunlarına tabe olaraq yaşamaqmı, yoxsa lokal antiterror əməliyyatı ilə “ölümdən sonrakı həyat”a hazırlaşmaqlamı?

Separatçı rejimin indiki vəziyyətini aqoniya hesab edirəm. Vardanyan üzərində qurulan taktika heç bir nəticə vermədi. Bu, uşaq oyunlarına bənzəyir. Sanki “evcik-evcik” oynayırlar. Ermənistan Azərbaycana məğlub olub. Ona görə də Ermənistan müqavimət göstərə bilmir. Qarabağ iqtisadi rayonunda nə baş verməsi, Azərbaycanın orada hansı taktikadan istifadə etməsi sadəcə zaman məsələsidir. Laçın-Xankəndi yolunda ekofəalların dinc aksiyası göstərdi ki, Azərbaycan proseslərə tam nəzarət edir. Nə sülhməramlılar, nə Ermənistan, nə də ermənilərə havadarlıq edənlər Azərbaycanın dünyada tanınan dövlət sərhədləri daxilində nə etməsinə qarışa bilmir.

Hesab edirəm ki, Azərbaycan prosesin nəticəsinin hətta ermənilər üçün ağır olmamasını istəyir. Humanizm prinsiplərinə hörmətlə yanaşılır. Amma hər bir hərəkətin cavabı var. Xankəndidəki separatçı rejim həyasızlıqlarını davam etdirməkdə qərarlı olacaqsa, adekvat addımlarla qarşılaşacaq. Azərbaycan indiki halda Xankəndi və ətrafında məskunlaşan erməniləri faktiki girovluqda saxlayan Arayik Arutyunyan, Ruben Vardanyan və David Babayanı “İnterpol” xətti ilə axtarışa verməlidir. Rusiya sülhməramlılarından da tələb olunmalıdır ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının bu şəxslərin həbs olunması ilə bağlı əməliyyat keçirmələrinə şərait yaradılsın. Bununla həm də faktiki Azərbaycan vətəndaşı olan erməniləri Arutyunyan, Vardanyan, Babayan kimi quldurların girovluğundan xilas etmiş olarıq.

Sıravi ermənilərin Azərbaycanda yaşamaq istəyinin olub-olmaması, Azərbaycan vətəndaşlığını qəbul edib-etməməsi əsasında sonradan onlar haqqında qərar verilə bilər. Eyni zamanda, biz bununla Azərbaycan dövlətinin unitarlığına qəsd edənləri zərərsizləşdirmiş olacağıq”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv