Müğənni Lalə Məmmədova yeni tərzi ilə görənləri təəccübləndirib.
Yenicag.az xəbər verir ki, son vaxtlar zahiri görünüşünü tez-tez dəyişən Lalənin bu dəfə geyim tərzi müzakirələrə səbəb olub.
Sənətçinin “Instagram” hesabında “Sən yağışa baxarsan. Mən yağışı öpərəm…” şərhi ilə paylaşdığı fotosu tənqid atəşinə tutulub.
Onun əvvəllər daha xanım-xatın olduğunu xatırladan əksər izləyicilər ona bu geyimi yaraşdırmayıblar:
“Heç layiq görmədim, siz xanım-xatın idiniz. Qayıdın xanımlığınıza.
Soyunmaq zövqlü olmaq deyil. Zülfiyyə Xanbabayeva soyunmur, amma əlçatmazdır…
Qəşəngsiniz, söz yox. Lakin bir tək siz soyunmamışdınız, siz də soyundunuz…
Sizin səhnəyə uyğun öz stiliniz var idi. Axı o Lalədən əsər-əlamət qalmadı. Heyf…
Heç də yaraşmır bu tərz sizə…
Tünzalədən sonra siz tamaşaçıları sarsıtdınız…»
Bununla belə, onun yeni tərzini bəyənən, gözəlliyinə tərif yağdıranlar da olub.
Fotonu təqdim edirik:
Nehru
www.yenicag.az