!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Land of fire" fiaskosunun rəsmi: Qarabağı HAFİZədən silən qızlar...

!Reklam – Yazi

Mənim ingiliscə biliyim çox zəifdir. Çünki orta məktəbdə 7-ci sinifə kimi “fransız” keçmişəm. Təbii, bu da məcburi köçkün həyati ilə bağlıdır. Məzun olana qədər neçə məktəb dəyişdiyimi özüm də unutmuşam. Buna baxmayaraq, bir əcnəbi görən kimi, tanışlıqdan sonrakı prosesi “a book on the table” səviyyəsində olan ingiliscəmlə Qarabağ həqiqətlərindən danışmağa cəhd göstərirəm. Məsələn, “Khojaly Genocide” kimi sözlərlə və s.

Bu gün “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin “Qarabağ həqiqətləri barədə heç nə bilmirəm” deməsi mənə yaman pis təsir elədi. Çünki Azərbaycanın, eləcə də bu diyarın tərkib hissəsi olan Qarabağın təbliğatı üçün sırf “Atletiko”ya milyonlar ödənilib, sponsorluq anlaşmaları imzalanıb. Əslində, mənim argentinalının dediklərinə görə məyus olmağa bir o qədər haqqım da çatmır. Ən azından Messinin xalası nəvəsinin əmisi oğlunun baldızı qızının voleybolçu övladı səviyyəsində futbolçumuz belə yoxdu. Amma bir həqiqət də var ki, biz Argentina barədə Messidən əvvəl də bilirdik, paytaxtının Buenos Ayres olduğunu əzbərləmişik.

Belə baxanda, adama deyərlər ki, Simeoneyə Qarabağ lazımdır ki? Oturub Madriddə yağ-bal içində həyatını yaşayır da, nəyinə gərəkdir ki, bu barədə bilmək? Bu, nəyi dəyişəcək ki? Bəlkə də heç nəyi…

Amma adama təsir edir axı… Adam yanıb-tökülür axı… “Land of fire Azerbaijan” yazısını məhz Simeonenin baş məşqçisi olduğu klubun formasına dövlət pulları hesabına yazdıranlar var idi axı… Bəs, o pullar? Azərbaycanın tanıtımı üçün xərclənən milyonlar Simeonenin ağzını açması ilə havayamı sovruldu? Görünən odur ki, bu sualın cavabı “bəli”dən başqa bir şey deyil.

Görəsən, “Land of fire Azerbaijan” missiyasını öz üzərinə götürən oliqarx Hafiz Məmmdəov argentinalının açıqlamasına görə xəcalət çəkdimi? Yoxsa, ona bundan da daha vacib olan düşdüyü durumdan xilas olmaqdır?

Əslində, bu, bizə bir o qədər də təsir etməyə bilərdi. Amma “Hafka”nın dünən verdiyi müsahibədəki açıqlamaları yada düşəndə… Adam deyir ki, Simone mənim evimdə də qonaq olub. Ən çox da qızları sevir. Və Hafiz Məmmədov bu cümlələri işlədəndə gülür. Bəli, gülməli vəziyyətdir, cənab Məmmədov. Yaxşı ki, jurnalistlər argentinalıdan sizlə bağlı xatirələrini soruşmayıblar. Hər halda onlar üçün qəşəng qızlar təşkil edən haqqında deyəcəyi əntiqə sözləri olacaqdı. Qısacası, sözdə Azərbaycanı təbliğ edərkən, əslində xaricdə ayrılan pulları bahalı viskilərə, eskort qızlara sərf etdiyinizin rəsmidir bu acınacaqlı mənzərə. Bu səbəbdən də özü yıxılan ağlamaz, Hafiz müəllim. Tamam unutmuşdum. Qiymətləri neçəyə idi? Pis başa düşmə, Azərbaycanın “tanıtımı” üçün bağlanılan müqavilələrin qiymətlərini nəzərdə tuturam…

EMİN SƏFƏROV

COP29

www.yenicag.az

10420
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv