Latviya Prezidenti Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

Latviya Prezidenti Egils Levits martın əvvəlində Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən bildirilib.

O, 9-11 mart tarixlərində Beynəlxalq Nizami Gəncəvi Mərkəzi tərəfindən keçiriləcək X Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, Forumunun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas tədbirlərdən birinə çevrilib. Forumda görkəmli lider və ekspertlər üçün dünyanın ən mühüm problemlərini aradan qaldırma yollarını müzakirə etmək imkanı yaradılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600