Latviya Prezidenti: Sülh sazişinin imzalanması bütün dünya üçün əhəmiyyətli hadisə olacaq

media-hightechnic-468x90

Latviya Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevi və ümumilikdə Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi (Ermənistanla – red) ilə bağlı təbrik edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

O ümid etdiyini bildirib ki, sülh sazişi tezliklə imzalanacaq:

“Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq”.

Latviya Prezidenti bugünkü görüşdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğulayıb.

“Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir”, – deyə Latviya Prezident qeyd edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05