Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Qeyd edək ki, rusiyalı nazir 2-3 dekabr tarixlərində Bakıya rəsmi səfər edəcək.
S.Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ölkə arasında əsas əməkdaşlıq mövzularını müzakirə edəcəyi gözlənilir.
1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
www.yenicag.az