Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Lavrov ermənidirsə, Rusiyada ermənipərəst olmayan diplomat axtarmağa dəyməz”  

Reklam: Sinerji Pro

“Rusiya gündəmini Azərbaycana daşımağa yönəlmiş cəhdləri başa düşmək çətindir”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın Azərbaycana yeni səfir təyinatı ətrafında yaranmış ajiotajı şərh edən politoloq Elçin Mirzəbəyli deyib.

Mirzəbəylinin fikrincə, haqqında danışılan mövzunu anlaşılmaz tərzdə şişirtməyə ehtiyac yoxdur:

Elçin Mirzəbəyli

“Açığı, Rusiyanın Azərbaycana yeni təyin edəcəyi səfirin kimliyinə yönələn müzakirələrin bu qədər uzanması təəccüb doğurur. Qəbul etmək lazımdır ki, səfir təyinatı Rusiyanın özünə aid məsələdir.

Ancaq təbii ki, Rusiyadan göndəriləcək diplomatın namizədliyi Azərbaycanla da razılaşdırılmalıdır. Bundan sonra isə təyinat rəsmiləşə bilər.

Prosedura gəldikdə, Rusiyanın hansısa ölkəyə göndərəcəyi səfirlə bağlı qərar bu ölkənin prezidentinin səlahiyyətindədir. Dövlət Duması isə bu məsələyə tövsiyə formasında münasibət bildirir. Yəni ətrafında bu qədər ajiotaj yaradılan məsələ budur.

Digər tərəfdən, Georgi Zuyevin daha əvvəldən səfir kimi namizədliyinin rəsmiləşdiyi haqqında da məlumat yoxdur. O baxımdan, bu məsələnin belə şişirdilməsi anlaşılmır”.

Politoloq hesab edir ki, son dövrlərdə mediada Rusiya gündəminin Azərbaycana daşınması cəhdləri daha qabarıq görünür:

“Zuyevin fəaliyyətinə dair məlumatım olmadığından, onun kimliyi haqda fikir bildirmək çətindir. Ancaq bu məsələdə əsas məqam onun ermənipərəstliyi barədə deyilənlərdir. Əgər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun özü ermənidirsə, o zaman bu ölkənin xarici siyasət idarəsində ermənipərəst olmayan diplomat axtarmağa dəyməz.

Ümumiyyətlə, son dövrlər mətbuatda Rusiya gündəminin Azərbaycana daşınması meyillərinin gücləndiyi görünür. Yəni müxtəlif proseslərlə bağlı Rusiyalı politoloqların şərhlərinə geniş yer verilməsi, məsələlərin haradasa bu ölkənin maraqları prizmasında işıqlandırılması diqqətdən yayınmır. Bu üzdən, səfir məsələsini də bu tendensiyanın tərkib hissəsi kimi qiymətləndirmək olar”.

A. Zeynalov

Loading...

www.yenicag.az

1360
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100