!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir"

!Reklam – Yazi

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər.

Yenicag.az “Report”-a isdinadən  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.

Müsahibənin mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Ən vacibi inamsızlıqdan çəkilmək, – hansı ki, əvvəlki kimi bəzən danışıqların gedişatında görünür – və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir”, – deyə Lavrov bildirib.

Onun sözlərinə görə bu ideyaları “kağıza qoymaq” (rəsmiləşdirmək-red) lazımdır.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb.

“Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxdı. Belə hallar olur. Biz bunu xüsusi faciəyə çevirmirik. İş davam etməlidir”, – deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.

COP29

www.yenicag.az

2119
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv