!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Lazım gəlsə, Rusiya ilə müharibədən çəkinməməliyik” - Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Qarabağ ətrafındakı indiki vəziyyət yalnız Azərbaycan deyil, Turan məsələsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şuşaya “İsgəndər-M” raketi atılması ilə əlaqədar Azərbaycanın sona qədər Rusiyanın üzərinə getməsinin vacibliyini önə çəkən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludeyib.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Azərbaycan bu məsələdə əsla geri addım atmamalıdır:

“Bir qarış torpağımızı da heç bir halda güzətə getməməliyik. Lazım gəlsə, Rusiya ilə müharibədən çəkinməməliyik. Bunun alternativi yoxdur. Qarabağı xilas etmək üçün Azərbaycan bütün beynəlxalq rıçaqlardan, ölkədaxili rüsuslardan istifadə etməlidir. Geri addım atmasaq, bacaracağıq.

Qarabağ ətrafındakı indiki vəziyyət yalnız Azərbaycan deyil, Turan məsələsidir. Bu, Türkiyənin həyata keçirdiyi 10-dan çox ölkənin də daxil olduğu nəhəng geopolitik bir layihəyə qarşı Rusiyanın atdığı addımdır.

Putin deyir ki, Qarabağ Rusiya torpağıdır. Belə bir vaxtda Azərbaycanın bütün qüvvələri – iqtidarlı, müxalifətli açıq şəkildə ortaya mövqe qoymalıdır.

Bu məsələdə Əfqanısan, Pakistan, Özbəkistan, Qazaxıstan da bizim yanımızdadır. Sadəcə olaraq, düzgün taktiki addımlar atmaq, müxalifət-iqtidar birliyini saxlamaq lazımdır. Milli həmrəylik güclənməlidir. Türkiyə və Pakistanla münasibətlər sürətlə yeni səviyyəyə qaldırılmalıdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

986
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv