!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ləğv olunmuş bankların müştərilərinə 580 milyon manat ödəniş edilib - VİDEO

!Reklam – Yazi

2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23 819 qorunan əmanətçisinə 580,2 milyon manata yaxın kompensasiya ödənilib.

Yenicag.az Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 86,5 faizini təşkil edir.

Belə ki, “Atabank” ASC üzrə 9 min 598 əmanətçi 232 milyon 702 min 965 manat, “Amrah Bank” ASC üzrə 5 min 684 əmanətçi 137 milyon 995 min 998 manat, “AGBank” ASC üzrə 4 min 450 əmanətçi 90 milyon 208 min 413 manat, “NBC Bank” ASC üzrə isə 4 min 087 əmanətçi 119 milyon 338 min 918 manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

COP29

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv