Lənkəranda ağır yol qəzası baş verib

media-hightechnic-468x90

скачанные файлыLənkəran şəhərində bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə ötən gecə şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 15 yaşlı Şəhriyar Məmiyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili əks istiqamətdən gələn şəhər sakini, 32 yaşlı Anar Məmmədovun eyni markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb, həmçinin 15 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin müvafiq cərrahi tədbirlərinə baxmayaraq hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin versiya kimi qəzanın yaxın qohumunun maşınını idarə edən 15 yaşlı Şəhriyarın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi güman edilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır(APA).

media-ziraat-728x90

Lənkəranda ağır yol qəzası baş verib

media-hightechnic-468x90

81707Lənkəran rayonunun Girdəni kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza dekabrın 25-də saat 02 radələrində olub.

Lənkəran rayonunun Girdəni kəndində rayon sakini Seymur Quliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə həmyerliləri Teymur Ağayevi və İmran Qənbərovu vurub.

İ.Qəmbərov hadisə yerində ölüb, T.Ağayev xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600