!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda dənizdə boğulmalara qarşı mübarizə üsulu: Suya şar düzdülər - FOTO

!Reklam – Yazi

Xəzər dənizinin Lənkəran rayonu sahillərinin nəzarətsiz ərazisində çimmək qadağan olunub.

Yenicag.az xəbər verir ki, bu addım son günlərdə rayon ərazisində dənizdə batan şəxslərin artması səbəbindən atılıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə qabaqlayıcı tədbirlər görüb. Artıq çimərlikdə “Çimmək qadağandır” lövhələri quraşdırılıb. Eyni zamanda, qadağan lentləri çəkilib, həmçinin, dənizin içərisinə doğru 120 metr uzunluğunda, 50 metr enində şarlar yerləşdirilib.
Bu tədbirlərin dənizin digər nəzarətsiz ərazilərində də davam etdirilməsi nəzərdə tutulub./report/

 

 

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv